• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 896
— 01.05.2015 15:02

GDU-nun 3 tələbəsi Alman Akademik Mübadilə Xidmətinin ayırdığı təqaüd hesabına Almaniyaya gedəcək

Gəncə Dövlət Universitetinin 3 tələbəsi Alman Akademik Mübadilə Xidmətinin ayırdığı təqaüd hesabına Almaniyaya gedəcək. 4 illik əməkdaşlıq çərçivəsində universitetin xarici dillər fakültəsinin Alman dili kafedrasının müəllim və tələbələri üçün seminar və treninqlər keçirilir. Həmin seminarların yekunu olaraq imtahanlar təşkil olunur ki, bu imtahlarda yüksək nəticə göstərən tələbələr 1 aylıq Almaniyanın müxtəlif şəhərlərində kurs keçmək imkanı əldə edir. Avqust ayında Almaniyaya yollanacaq 3 tələbə isə ötən ilin dekabrında təşkil olunan imtahanlarda yüksək nəticə göstərənlərdir. Ümumilkdə isə bu günədək 10-a yaxın tələbə təqaüd qazanaraq, Almaniyada təhsil almaq imkanı əldə edib.

Stefani Dufauks- Alman Akademik Mübadilə Xidmətinin direktoru: "Alman Akademik Mübadilə Xidməti bütün dünyada fəlaiyyət göstərir. Məqsədi təhsilə təqaüdlər ayırmaq, ən yaxşı təqaüdçüləri Alman Universitetləri ilə əlaqələndirmək, tələblərə, müəllim və aspirantlara Almaniyadakı təhsil imkanları haqqında ətraflı məlumat verməkdir. Bir sözlə, Alman Akademik Mübadilə Xidməti bütün müəllim və tələbələrə Almaniyanın müxtəlif universitetlərində təhsillərini davam etdirmək üçün şərait yaradır".