• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 28.04.2015 17:54

Bakıda ər arvadını öldürüb, evdən qaçdı

Bakıda qətl hadisəsi baş verib. Qanlı olay Sabunçu rayon Zabrat qəsəbəsi Vəliyev küçəsində baş verib. Gecə saat  04:00 radələrində Ağdaş rayon sakini, 20 yaşlı Vüsal Musayev kirayədə yaşadığı evdə həyat yoldaşı Zakirə Məmmədovanı bıçaqla qətlə yetirib. 20 yaşlı gənc hadisəni törətdikdən sonra evdən qaçıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ailə münaqişəsi zəminində arvadını öldürən şəxs ələ keçib. Faktla bağlı Sabunçu prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır. Hazırda istintaq qətlin motivini araşdırır.