Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Danaçı kənd sakini, 2 yaşlı Aysu Qudyakova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, yaşadığı evdə 2 yaşlı Aysu Qudyakovanın üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aysunun vəziyyəti orta-ağır qiymətləndirilir.
- Baxış: 466