• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 24.04.2015 17:51

Kürdəmirdə kişi evinin həyətində gizlənən qonşusunu bıçaqlayıb

Kürdəmirdə bıçaqlanma hadisəsi qeydə alınıb. Həyətində qonşusunun gizləndiyini görən kənd sakini, həmin şəxsi bıçaqlayıb.

Hadisə rayonun Qağaçılı kəndində baş verib. Kənd sakini 35 yaşlı Zaur Abdurahmanov yaşadığı evin həyətində həmkəndlisi 34 yaşlı Dəyanət Xəlilovu görüb. Dəyanət Xəlilovun həyətə gizli şəkildə gəlməsinin səbəbini öyrənmək isə hər iki şəxsə baha başa gəlib. Aralarında yaranan münaqişə zamanı Zaur Abdurahmanov evdən götürdüyü bıçaqla, Dəyanət Xəlilovu bir dəfə vuraraq xəsarət yetirib .

Xəsarət alan Dəyanət Xəlilov hadisə yerindən qaçıb. Zaur Abdurahmanov isə könüllü  polisə təslim olub. Dəyanət Xəlilov sol kürək nahiyəsinin daxilə keçən kəsilmiş- deşilmiş yarası ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb,  araşdırma aparılır.