• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 891
— 23.04.2015 17:49

Lənkəranda bir gündə 3 ev yanıb

Lənkəranda bir gündə üç yanğın hadisəsi baş verib. Nəticədə vətəndaşlara ciddi ziyan dəysə də xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən  verilən məlumata görə, yanğın hadisələrindən biri Lənkəran şəhər sakini, Nərminə Nəcəfovaya məxsus Heydər Əliyev prospekti, 31 ünvanında yerləşən ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli, üç otaqlı  fərdi yaşayış evində qeydə alınıb.

Digər hadisə şəhərin Səttərxan küçəsi, dalan 4, ev 7-də Mirəsgər Əsgərova məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli, dörd otaqlı evdə baş verib.

Başqa bir yanğın hadisəsi isə rayonun Bala Şürük kənd sakini, Vaqif Həsənova məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli fərdi evdə qeydə alınıb.

Hər üç ünvana müvafiq olaraq iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Yanğının genişlənməsinin qarşısı alınıb. Hər üç hadisə zamanı xəsarət alan olmayıb.

Faktlarla bağlı araşdırma aparılır.