
Gəncədə 5 uşaq atası narkotik vasitə ilə saxlanılıb. Tovuz rayon sakini olan Cavad Hacıyev marixuananı şəxsi istifadəsi üçün cibində gəzdirdiyini bildirib.
Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1958-ci il təvəllüdlü Tovuz rayon Qəribli kənd sakini Cavad Hacıyev şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən “Şəmkir avtovağzalı” adlanan ərazidə şübhəli şəxs qismində saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsinə aparılan C. Hacıyevin üzərinə baxış zamanı əlində olan göy rəngli sellofan torbanın içərisində 550 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan 5 uşaq atası Cavad Hacıyev narkotik vasitə istifadəçisi olduğunu bildirib. O, ötən ilin sentyabrında Tovuzda Zəyəm çayının kənarından çətənə kollarını yığaraq qurutduğunu deyib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
- Baxış: 886