• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 22.04.2015 18:28

Qazaxda “Şahin” hərbi-idman oyunu üzrə yarışların zona birilinciliyi keçirilib

Yarışda ümumilikdə 11 komanda olmaqla – Ağstafa, Tovuz, Gəncə, Mingəçevir, Şəmkir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Zaqatala və Kəlbəcər rayonlarının 8-11-ci sinif şagirdləri iştirak edib. Hər komanda tərkibində 14 nəfər heyətlə mübarizəyə qoşulub. Yarışda məktəblilər sıra hazırlığı, silahın sökülüb yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, sanitarların yarışı və mülki müdafiə hazırlığı üzrə bacarıqlarını nümayiş etdiriblər. Zona birinciliyində qalib gələn birinci və ikinci yeri tutan komandalar mayın 10-da Bakı şəhərində keçiriləcək “Şahin” hərbi idman oyunlarının final mərhələsinə vəsiqə qazanacaqlar.