• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 28.11.2014 13:28

Ekologiya və Təbii Sərvətlər naziri Şəmkirdə vətəndaşlarla görüş keçirib

Ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə mərkəzi icra hakimiyyəti rəhbərlərinin yerlərdə vətəndaşların qəbuluna uyğun olaraq bu gün Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Şəmkirdə bölgə sakinləri ilə görüşüb.

Şakir Məmmədov- sakin: “Bir ağacı kəsdiyim üçün ekologiya idarəsi 2200 manat cərimələdi. Müraciət etdim ki, cəriməm ləğv olunsun. Çox sağ olsunlar, qəbul etdilər. Yerində 20-25 ağac əkəcəyəm”.

Vətəndaşlar eləcə də meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı nazir Hüseyn Bağırova müraciət edib. Şikayət və təklifləri dinləyən Ekologiya və Təbii Sərvətlər naziri müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun lazımi tədbirlərin görülməsi üçün müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Hüseyn Bağırov- Ekologiya və Təbii Sərvətlər naziri: “Nazirliyin səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll olundu. Müraciətlərin bir çoxu işə qəbul və yaxud da yaşıllıqlarla bağlı idi. O cümlədən də yerlərdə sutəmizləyici qurğuların quraşdırılması ilə də bağlı müraciətlər oldu”.

Qeyd edək ki, qəbulda Şəmkirlə yanaşı, Gədəbəy və Samux rayonlarında, eləcə də Gəncə şəhərində yaşayan 40-a yaxın vətəndaş iştirak edib.

Natiq Hüseyn