• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 27.11.2014 20:17

Qanunsuz ovçulara qarşı reyd keçirilib

Lənkəran şəhər polis şöbəsinin Liman polis bölməsi əməkdaşları  ilə rayon ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə reyd keçirib. Keçirilən reyd zamanı 3 nəfər şəxsin qanunsuz ov etmələri müəyyən edilib. Həmin şəxslər saxlanılmaq istərkən əllərindəki ov tüfənglərini ataraq qaçıb. Götürülən silahlara baxış zamanı müəyyən edilib ki, tüfənglərin ikisi 16 çaplı qoşa lüləli, digəri isə Belka markalı yivli ov tüfəngləridir. 16 çaplı tüfənglərdən biri Sutəmurdov kənd sakini Şümşüd Bəşirova məxsusluğu sənədlə təsdiqini tapsa da, digər tüfənglərin qanunsuz olması aşkar edilib. Əməliyyat tədbirləri nəticəsində qanunsuz ov silahlarının Göyşaban kənd sakini Mehran Ağayevə, digərinin isə Sutəmurdov sakini Ceyhun Kərimova  məxsus olması müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.