• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 27.11.2014 18:38

Sərnişin avtobusu qoyun sürüsünə girib

Ötən gün axşam saatlarında Göyçay şəhər sakini Elşad Laçın oğlu İsmayılovun idarə etdiyi “Ford Tranzit” markalı sərnişin mikroavtobusu rayonun Qarabaqqal kəndi ərazisində yolda hərəkət edən qoyun sürüsünün içinə girib. Hadisə zamanı rayonun Bığır kənd sakini, fermer Eldəniz Cəbrayılova məxsus qoyunlardan 30 başı tələf olub, bir neçəsi yaralanıb. Hadisə zamanı qoyunları magistral yol ilə Ağdaşdan Göyçaya aparan Eldəniz Cəbrayılov xəsarət almayıb. Qoyun sürüsünü yolun ortası ilə aparan şəxs gecənin qaranlıq vaxtında yolda hərəkət edən avtomobillər üçün tələb olunan müəyyən işıq işarəsindən istifadə etməyib. Hadisə zamanı Göyçay-İsmayıllı marşrutu üzrə hərəkət edən sərnişin mikroavtobusuna ciddi ziyan dəyib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.