• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 27.11.2014 17:08

Gəncədə piyadalara qarşı növbəti reyd keçirilib

Yollarda baş verən qəzaların sayının, eləcə də piyadaların vurulması hallarının artması Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının mütəmadi reydlər keçirməsinə zərurət yaradıb. Avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən sakinlərə qarşı növbəti reyd Gəncədə keçirilib. Reyd zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan xeyli sayda piyadaya rast gəlinib. Şəhərin müxtəlif ərazilərində keçirilən reyddə 30 nəfərə yaxın piyada 20 manat məbləğində cərimə olunub.