• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 26.11.2014 20:16

Gəncə şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib

Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib. İdarədən verilən məlumata görə, yeni rəis tibb elmləri doktoru, professor, əməkdar həkim Əlikram Məmmədovdur. Əlikram Məmmədov Azərbaycan Tibb Universitetində III cərrahi xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə gün əvvəl səhiyyə nazirinin əmri ilə Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev tutduğu vəzifədən azad edilib.