• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 26.11.2014 20:59

Gəncədə vətəndaşların qəbulu keçirilib

YAP Gəncə şəhər Təşkilatında şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların növbəti qəbulu keçirilib. Görüşdə şəhərin idarə və müəssisə rəhbərləri ilə yanaşı, 100 nəfərə yaxın şəhər sakini iştirak edib. Qəbulda işsiz vətəndaşların işlə təmin olunması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil problemləri ilə bağlı məsələlər, qəzalı evlərin təmiri, lift problemi bağlı şikayətlər önə çəkilib. Həmçinin vətəndaşlar qaz və su ilə bağlı müraciətlər də səsləndiriblər. Qaldırılan bu problemlərin bir çoxu həllini tapıb. Digər məsələlərlə bağlı şəhər rəhbərliyi aidiyyatı qurumlara tapşırıqlarını verib.