• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 26.11.2014 16:42

Goranboy Korçay Dövlət Təbiət Qoruğunda qanunsuz ov hallarının qarşısını almaq məqsədilə növbəti dəfə reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları ölkədə dövlət qoruğu ərazilərində qanun pozuntularının və qanunsuz ov hallarının qarşısını almaq üçün növbəti reydini Goranboy rayonu ərazisində yerləşən Korçay Dövlət Təbiət Qoruğunda keçirib. Adıçəkilən ərazidə çöl  heyvanları və quşların ovlanması qanunla qadağan edilsə də, bəzi vətəndaşlar bu qanunlara məhəl qoymayaraq həmin ərazilərdə ov edirlər. Keçirilən reydlərdə də əsas məqsəd bu halların qarşısını almaqdır. Korçay Dövlət Təbiət Qoruğunda aparılan reyd zamanı 10-dan artıq qanun pozuntusu və bir qanunsuz ovetmə halı aşkarlanıb. Qanun pozuntularına görə inzibati qaydada müxtəlif məbləğlərdə cərimələr tətbiq olunub.