• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 26.11.2014 14:03

Gəncədə abonentlərlə sənaye müəssisələrinə gedən qaz xəttlərinin ayrılmasına başlanılıb

Gəncədə 2 il bundan öncə sənaye xətlərinin əhalinin istifadə etdiyi qaz xətlərindən ayrılması prosesinə başlanılıb. Bu günədək görülən işlərə baxmayaraq proses tam yekunlaşmayıb.

Tədbirlər planı çərçivəsində şəhərin sol hissəsi adlanan ərazidə əhalinin istifadə etdiyi və sənaye müəssisələrinə gedən qaz xətlərinin ayrılması tam yekunlaşıb. Yəni qeyri-əhali qrupuna aid müəssisələrin 50%-nə verilən qaz əhali üçün nəzərdə tutulan xətlərdən ayrılıb. Bu, təhlükəsizlik tədbirləri ilə yanaşı abonentlərin və müəssisələrin normal təzyiqli qazla təmin olunmasına imkan yaradıb.

Hüseyn Şirinov- Gəncə Qaz İstismarı Sahəsinin şöbə rəisi: “Bugünkü gündə həmin sənaye müəssisələrində istənilən təzyiqi saxlaya bilirik. Bütün sənaye müəssisələri, qeyri-dövlət obyektləri normal vəziyyətdə qazdan istifadə edirlər”.

2015-ci ilin birinci rübündən etibarən şəhərin sağ hissəsində də bu tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Beləliklə də Gəncə şəhərində sənaye müəssisələri ilə əhali abonentlərinə gedən qaz xəttləri tam şəkildə ayrılacaq.

 

İlham Məmmədzadə