• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 26.11.2014 13:56

Gəncədə 15 gündür davam edən ağacəkmə aksiyasında artıq 30 min ağac əkilib

Gəncənin Heydər Əliyev park-kompleksində şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirakı ilə ağacəkmə kampaniyası keçirilib. Əsasən yerli iqlim şəraitinə uyğun olan çinar, Eldar şamı, sərv ağacları əkilib. Əkilən ağacların suvarılması üçün ərazidə damcı üsulu ilə suvarma sistemləri quraşdırılıb. 15 gündür davam edən ağacəkmə aksiyası çərçivəsində bu günədək şəhərin bütün park və istirahət güşələrinə ümumilikdə 30 min növ ağac əkilib. Dekabırın 24-də yekunlaşacaq aksiyanın son günü 53 mininci ağac əkiləcək.