• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 26.11.2014 10:55

Samuxda məntəqələr seçkiyə hazır vəziyyətə gətirilir

102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasının məntəqələrində bələdiyyə seçkilərinə hazırlıq davam etdirilir. Seçkilərin şəffaf keçirilməsi üçün təlimata uyğun olaraq zəruri tədbirlər görülür.

Dekabr ayının 23-dən keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədər 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyası tərəfindən 51 məntəqə yaradılıb. Həmin məntəqələrdən 44-ü Samux, 7-si Şəmkir rayonundadır. Dairə üzrə Samux rayonunda 37744, Şəmkir rayonunda isə 6676 seçici var. 9 məntəqədə seçkilər veb-kameralar vasitəsi ilə canlı izlənəcək.  Həmin məntəqələr Samux rayonunda yerləşir.

Bayram Qasımov- 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasının sədri: “Seçkilərə hazırlıq qayda ilə davam etdirilir. Bütün seçki məntəqələri lazım olan texniki avadnlıqlarla təmin olunub. Demək olar ki, seçkilərin keçirilməsi ilə bağlı heç bir çətinlik olmayacaq”.

Hazırda dairə üzrə seçicilərin siyahısı tam dəqiqləşdirilir. Müxtəlif partiyaları təmsil edən müşahidəçilərin qeydiyyatı aparılır. Bu proses seçkinin başlanmasına 5 gün qalmış bitəcək.

 

Natiq Hüseyn