• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 25.11.2014 16:38

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində təhlükəsizlik tədbirləri artırılıb

Bütün sahələrdə olduğu kimi nəqliyyat sektorunda da qışa hazırlıq tədbirlərinə diqqət artırılıb. Sərnişinlərin şaxtalı-qarlı havalarda rahat şəkildə mənzil başına çatması üçün lazımi tədbirlər görülüb, sərnişin daşıyan nəqliyyat vasitələrində təhlükəsizlik tədbirləri artırılıb.

Dövlət Avtomobil Nəqliyyat xidmətinin Gəncə Regional şöbəsi qış aylarında sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək üçün artıq iki aydır ki, qabaqlayıcı tədbirlər həyata keçirir. İlk olaraq sərinişinlərin daşınması ilə məşğul olan özəl firmaların rəhbərlərinə məktubla müraciət olunub, daha sonra xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən yerlərdə nəqliyyat vasitələrinin sazlığı, eyni zamanda qışa hazırlıq təbirlərinin vəziyyəti araşdırılıb.

Xanoğlan Qasımov- Dövlət Avtomobil Nəqliyyat xidmətinin Gəncə Regional şöbəsinin rəisi: “Əvvəlcədən düşünüb fikirləşirik ki, hər hansı bir soyuq havada xüsusən buzda yerlərdə olan lazımi ləvazimatlar olmalıdır ki, həmin dəqiqə problem aradam qaldırılsın. Nəqliyyat vaistələri qışa tam hazır vəziyyətdədir. Avtomobillərin bütün şinləri dəyişdirilib. Sərnişinlər qış aylarında mənzil başına problemsiz çatdırılacaq”.

Yoxlamalar hazırda yekunlaşmayıb. Gündəlik olaraq mütamadi şəkildə xəttə buraxılan nəqliyyat vasitələrinin vəziyyəti nəzərdən keçirilir və diqqətdə saxlanılır. Ümumilikdə bu gün Gəncə şəhərində 37 marşrut üzrə əsasən “İSUZU” və “Hunday” markalı 200 nəqliyyat vasitəsindən istifadə edilir.

İlham Məmmədzadə