• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 25.11.2014 13:19

Ölkədə keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıqlar davam edir

Bu məqsədlə Samux-Şəmkir və Qazax Dairə Seçki Komissiyasında treninqlər keçirilib.

102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasında qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məqsədi ilə məntəqə üzvləri üçün treninqlər keçirilir. 5 günlük treninqlər zamanı məntəqə üzvləri seçki qanunvericiliyi haqqında maarifləndirilir, proseslə daha yaxından tanış olurlar. İlk məşğələ günündə 6 məntəqədən 36 üzv iştirak edib.

107 saylı Qazax DSK-nın nəzdindəki məntəqə seçki komissiyasının üzvləri üçün də treninq kurslara başlanılıb. Kurslarda hər gün iki dəfə olmaqla 6 məntəqə üzvlərinə treninqlər keçiriləcək. Qeyd edək ki, 107 saylı Qazax DSK-nın bələdiyyə seçklərində iştirak edəcək 37 məntəqə seçki komissiyası mövcuddur. Seçicilərin sayı isə 42 min 484 nəfərdir. DSK-da 14 bələdiyyə üzrə hazırda 134 yer uğrunda 390 nəfərin namizədliyi qeydə alınıb.

Natiq Hüseyn, Rahim İbrahimoğlu