• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 25.11.2014 13:17

Azərbaycanda Norveçin bərpa olunan enerji mənbələri təcrübəsi tətbiq edilə bilər

2020-ci ilə qədər Avropada bütün enerji resurslarının istifadəsinin 20%-i bərpa olunan enerji mənbələri hesabına həyata keçiriləcək, bununla da atmosferə atılan tullantı qazların miqdarı 20% azalacaq. İnkişaf etmiş ölkələr öz gələcəyini bərpa olunan enerji mənbələri hesabına qurmaq niyyətindədirlər və həmin ölkələrdə bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlənt Agentliyi sədrinin baş müşaviri Cəmil Məlikov deyir ki, həmin ölkələrdən Norveçin təcrübəsinin Azərbaycanda tətbiq edilməsi uğurlu olar.