• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 24.11.2014 15:22

“Ümumrespublika yaşıllaşdırma marafonu”na Samux rayonu da qoşulub

“İDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”na Samux rayonuda qoşulub. Rayonun müxtəlif ərazilərində təşkil olunan ağacəkmə kompaniyasına idarə və müəssisələrin kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri qatılıb. Kompaniya çərçivəsində ümumilikdə 4 mindən artıq Eldar şamı, küknar və dekorativ kol bitkiləri əkilib. Yol kənarlarında mövcud olan ağacların və yeni əkilən tinglərin suvarılması üçün su arxları çəkilib. Qeyd edək ki, “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Samux rayonunun bir neçə kənd və qəsəbələrində ağacəkmə kompaniyasının keçirilməsi nəzərdə tutulur.