• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 24.11.2014 15:33

Gəncədə abonentlər sərf etdikləri suyun pulunu harada və necə ödəyə bilərlər?

Gəncədə fərdi yaşayış evlərinin su xətlərinə yeni smart kart tipli elektron sayğacları 2013-cü ilin avqust ayından quraşdırılır. Burada ortaya belə bir sual çıxır ki, bəs abonentlər sərf etdikləri suyun pulunu harada və necə ödəyə bilərlər?

Gəncə şəhərində bu günədək 6300 abonentin mənzilinə yeni smart kart tipli elektron su sayğacı quraşdırılıb ki, bunun da 120-i qeyri- əhali qrupuna daxil olanlardı. Bu sayğacların qoyulmasında əsas məqsəd isə su israfçılığının qarşısını almaq, eləcə də suyun təzyiqini tənzimləməkdir. Su sayğacları şəhərin Dədə Qorqud, Fikrət Əmirov küçələrində, Nəriman Nərimanov prospektində olan mənzillərdə quraşdırılıb. Eləcə də köhnə nasaz dəmir boruları da yeniləri ilə əvəzlənib. Abonentlər sərf etdikləri suyun pulunu ödəmək üçün isə,

Bəxtiyar Məmişov- “Gəncə Su Kanal Törəmə Cəmiyyətinin şöbə rəisi: “Hər hansı bir abonentin borcu varsa onlar mütləq formada idarəyə müraciət etməlidir və yüklənmə idarədə olur. Çünki onların borclarının bir hissəsi faiz olaraq çıxılır, yerdə qalan abonentin kartına yüklənir və abonent həmin sudan istifadə edir. Həftənin bazar günü istisna olmaqla  günorta saat 2-yə kimi işləyirik. Əgər abonentin borcu yoxdursa şəhərimizdə quraşdırılan bütün postterminallar vasitəsi ilə yükləməni edə bilərlər. Yalnız orada ödəmə olanda hesab ödənişinə yox, smartkart ödənişinə girsinlər ki, yüklənsin”.

Ümumilikdə abonent su pulunu ödəmək üçün karta minimum 3 manat məbləğində pul daxil etməlidi. Əks təqdirdə isə su pulu yüklənmir. Gəncə şəhərində 60 min abonent var ki, bunun da 1400-ü qeyri- əhali qrupuna daxildi. Tarif Şurasının qərarı ilə abonent 1 kub suya 30 qəpik, çirkab suya isə 6 qəpik ödəniş edir.

 

Elnur Vahidoğlu