• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 24.11.2014 12:15

Şəmkirdə təhsilin vəziyyəti müzakirə edilib

Şəmkirdə rayon rəhbərliyi ilə təhsil işçilərinin görüşü keçirilib. Qeyd olunub ki, rayonun 79 ümumtəhsil məktəbində 3252 müəllim çalışır. Son 10 ildə rayonun müxtəlif kənd və qəsəbələrində 40-a yaxın təhsil ocağı yenilənib. Təkcə Heydər Əliyev Fondu tərəfindən 7 məktəb üçün yeni məktəb binası inşa olunub. Hazırda Nizami Gəncəvi şəhər tam orta məktəbi üçün yeni binanın tikintisinə hazırlıq görülür. Təhsildə qazanılan uğurlara görə son illər 12 nəfər əməkdar müəllim, 8 təhsil işçisi isə “Tərəqqi” medalına layiq görülüb. Ali məktəbə qəbul olanların sayında da artım müşahidə olunur. Ötən tədris ilinin məzunlarından 541 nəfəri tələbə adını qazanıb. Bununla yanaşı görüşdə bir sıra nöqsanlar da önə çəkilib. Xüsusi ilə bəzi kənd məktəblərində tədrisin keyfiyyətinin aşağı olması və nəticədə ali təhsil ocaqlarına qəbulun qeydə alınmaması təəssüf hissi ilə qarşılanıb. Rayon rəhbərliyi belə məktəblərin direktorları qarşısında konkret tələblər qoyub.