• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 23.11.2014 12:56

Uşaq və yeniyetmələrin icbari tibbi müayinəsi Gəncədə davam etdirilir

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı əsasında ölkədə uşaq və yeniyetmələrin icbari tibbi müayinəsi Gəncədə də davam etdirilir. Bu dəfəki müayinələr şəhərin 38 nömrəli tam orta məktəbində aparılıb. Gəncə şəhər 1 saylı birləşmiş uşaq xəstəxanasının həkimləri, şagirdlərin dispanserizasiyasını aparıb. İlk olaraq şagirdlər rentgen müayinəsindən keçirilib. Daha sonra hər bir şagird oftolmoloq, lor, nevropotoloq, allerqeloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunublar. Müayinələrdə 400 nəfərdən çox şagird iştirak edib. Şagirdlər arasında ciddi xəstəlik aşkarlanmayıb.