
2 azyaşlı övladı olan qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.Hadisə rayonun Yaşar Bədəlov küçəsi 45 ünvanında qeydə alınıb. Rayon Polis İdarəsinə Salyan sakini, 37 yaşlı Münəvvər Miriyevanın gecə saatlarında, naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə gələn Polis və Prokrorluq əməkdaşları hadisə yerini müayinə edib. Çox keçmədən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs ələ keçib. Aparılan əməliyyat istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin mərhumun həyat yoldaşı olduğu məlum olub.
Qeyd edək ki, sonuncu dəfə dələduzluq maddəsi ilə məhkum olunan Elmar Əliyev bu il azadlığa çıxıb. Onların iki azyaşlı övladı var.
- Baxış: 484