
Gördükləri qoyunları avtomobilə qoyaraq aradan çıxan oğrular bu dəfə polisə tuş gəliblər.
Tərtər rayon sakini Vəkil Mirzəyev və rayonun Borsunlu kənd sakini İlqar Əliyev polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus xırda buynuzlu heyvanların oğurlanması barədə məlumat veriblər. Rayon polisinin müraciətdən sonra apardıqları əməliyyat axtarış tədbirləri nəticəsində 3 nəfər Kəlbəcər rayon Təkəqaya sakini və hazırda Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşan iki qardaş Zaməddin və Yaməddin Həsənlilər və Kəlbəcər rayon Qılınclı kənd sakini və Tərtər rayonunun Şıxarx kəndində yaşayan Ceyhun Salmanlı rayon polisi tərəfindən saxlanılıb .
Dindirilmə zamanı saxlanılan şəxslər bildiriblər ki, onlar Vaz 21 06 markalı avtomobillə gedərkən yol kənarında olan qoyunları oğurlayaraq qəssablara satırmışlar
Saxlanılan şəxslər barəsində cinayət işi başladılıb, araşdırma aparılır.
- Baxış: 455