
Hadisə ötün gün təxminən saat bir radələrində Binəqədi rayonu Cəfər Xəndan küçəsində baş verib. Xidmət başında olan Nicat Bayramov və Yasin Umudov nömrə nişanı məlum olmayan Nissan markalı avtomaşının sürücüsü tərəfindən bıçaqlanıblar. Onların biri belindən, digəri isə qolundan yaralanıb. Hər iki polis əməkdaşı kliniki tibbi mərkəzə çatdırılıb. Yasin Umudova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Nicat Bayramov isə xəstəxanada həkim nəzarəti altındadır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vaqif Əsədovun verdiyi məlumata görə hadisə polislər xidməti vəzifələrini yerinə yetirən zaman baş verib.
Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxsin idarə etdiyi Nissan markalı avtomobil, Bakı sakini İlham Ağayevə məxsusdur. Artıq həmin şəxs saxlanılıb. Hadisəni törədən şəxsin tutulması istiqamətində cinayət axtarış tədbirlər davam edir.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 705