
Ötən gecə Bakının Nərimanov rayonu ərazisində qətl törədilib. Hazırda polis hadisəni törədən şəxsi axtarır.
Hadisə rayonun Dərnəgül qəsəbəsi, Ziya Bünyadov prospektində baş verib. Sabunçu rayon sakini, 32 yaşlı Ramin Əliyev ətrafdakı insanlar tərəfindən “Vaz 2107” markalı avtomobilində yaralı halda tapılıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlum olub ki, Ramin Əliyevə ürəyindən bir bıçaq xəsarəti yetirilib.
Faktla bağlı Nərimanov rayon hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara başlayıblar. Cinayət məcəlləsinin 120.1-ci - qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda polis qətli törədən şəxsin axtarışlarını davam etdirir.
- Baxış: 469