• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3026
— 14.11.2014 13:35

Göygöl rayonunda abonentlərin təbii qazdan istifadəyə görə olan borc yığımı tam olaraq yerinə yetirilib

Göygöl rayonu qaz istismar sahəsi bu ilin 10 ayı ərzində abonentlərin istifadə etdikləri təbii qaza görə olan borcların yığımını, nəzərdə tutulan plandan artıq yerinə yetirib. Hazırda Göygöl rayonunun 25 yaşayış məntəqəsində 12 min 165 əhali abonenti və 182 qeyri-əhali təşkilatı təbii qazdan istifadə edir. Bunlardan 10 min 304 abonent mexaniki sayğacla,  1861 abonent isə smart  sayğacla təmin ediliblər. Yeni ildən isə tədricən  mexaniki sayğacların smart tipli sayğaclarla əvəz edilməsinə başlanılacaq. Yay mövsümü ərzində rayonun sutkalıq qaz sərfiyyatı 1 milyon 200 min kubm2 olursa, qış mösümündə bu 3 milyon kubm2 qədər artırılır. Noyabrın 15-dən etibarən abonentlərə təbii qazın verilişi qış mövsümünə uyğun həyata keçiriləcək.