• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 10.11.2014 19:21

Sabirabadda qanunsuz olaraq ov quşlarının satışı ilə məşğul olan şəxs saxlanılıb

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdiyi  əməliyyat tədbirləri nəticəsində Qasımbəyli kənd sakini,  51 yaşlı Nəvai Əlibala oğlu Novruzov  şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi “Qazel” markalı  avtomobilə baxış zamanı yük yerindən qanunsuz şəkildə ovlanan 655 ədəd qaşqaldağ aşkarlanaraq götürülüb. Nəvai Novruzov dərhal  idarə etdiyi maşınla birgə polis şöbəsinə gətirilərək istintaqa təhvil verilib. Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin müfəttişi tərəfindən tərtib olunan  hesabatda qanunsuz ovlanan qaşqaldaqların  ümumi dəyərinin 3 min 602 manat 50 qəpik olduğu aşkarlanıb. Təbiətə vurulan ziyanla bağlı hesabat tərtib olunub. Təqsirləndirilən şəxs ov quşlarını rayonun Muradbəyli kəndindən, ovçulardan aldığını bildirib. Faktla bağlı araşdırma aparılır.

Sorğu zamanı təqsirləndirilən şəxs həmin ovlanmış quşları dializ  xəstəsi olan oğlunun müalicəsi üçün alıb satdığını bildirib.