
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtın Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin və 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhər sakinləri – Ramin Verdiyevdən 2011-ci ildə 7000 manat, Xəyalə Haqverdiyevadan 2012-ci ildə 16000 ABŞ dollar alıb qaytarmamaqda şübhəli bilinən 43 yaşlı Bakı şəhər sakini Pərvanə Qarayeva tutulub. Şübhəli şəxs haqqında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.
- Baxış: 454