
Bakıda qətl törədilib. 17 yaşlı Şamo Yunisov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Şamo Yunisovu xilas etmək mümkün olmayıb. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
- Baxış: 496