• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 05.11.2014 18:39

Qax rayonunda fərdi yaşayış evi yanıb

Yanğın bu gün səhər saatlarında, Qax şəhəri, Mircəlal küçəsində qeydə alınıb. 84 yaşlı Baba Camalova məxsus, ümumi sahəsi 40 kvadratmetr olan, 2 otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 84 yaşlı qocanın tənha yaşadığı evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.