
Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Gəncə sakini 27 yaşlı Elgün Süleymanov idarə etdiyi VAZ 2106 markalı avtomobillə şəhərin mərkəzinə doğru hərəkətdə olarkən həmyerlisi 31 yaşlı Bəhman Əliyevin idarə etdiyi VAZ 2106 markalı maşınla toqquşub. Zərbənin güclü olmasından hər iki avtomobil yolun kənarında dayanan Kəlbəcər rayon sakini Kənan İbrahimova məxsus VAZ 21010 markalı minik maşınına dəyib. Qəza nəticəsində hərəkətdə olan avtomobillərin sürücüləri müxtəlif xəsarətlər alıb. İlkin ehtimallara görə, qəzaya sürücülərdən birinin ötmə əməliyyatını düzgün yetirməməsi səbəb olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.
- Baxış: 642