• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 05.11.2014 18:36

Paytaxt polisi oğurluqla məşğul olan şəxsi saxlamağa müvəffəq olub

Əvvəllər məhkumluq həyatı yaşayan 25 yaşlı gənc avtomobillərin şüşələrini sındıraraq oğurluq edirmiş.

Nərimanov rayon sakini Elnur Quliyev rayon polis idarəsinə gələrək Mirəli Qaşqay küçəsi 171 saylı binanın qarşısında saxladığı  “Toyota Land Cruiser” markalı avtomobilinin yan şüşəsinin sındırılaraq orada olan “Nokia” və “Vertu” markalı telefonlarının həmçinin sürücülük və iş vəsiqəsinin oğurlanması barədə məlumat verib. Rayon polis idarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 25 yaşlı Elnur Bağırov yaxalanıb. Onun üzərinə baxış keçirilən zaman “Vertu” markalı telefon aşkar olunaraq götürülüb. İfadəsində saxlanılan şəxs digər telefonu satdığını bildirib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də iki dəfə oğurluq etdiyinə görə məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb.