
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat nəticəsində narkotik vasitə saxlayan şəxs tutulub. Daxil olan əməliyyat zəngi əsasında Ağdam rayonunun Ağdamkənd kənd sakini Nurəddin Abbasov saxlanılıb. Onun üzərindən 463.91 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Nurəddin Abbasov bildirib ki, narkotik vasitəni Quzanlı qəsəbəsində yol kənarından tapıb. Marixuananın şəxsi istifadəsi üçün saxlayıb. Nurəddin Abbasov barəsində cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 452