• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2932
— 05.11.2014 17:40

Göygöldə heyvanlar arasında insan sağlamlığı üçün ciddi təhlükə yaradacaq heç bir infeksiya aşkar edilməyib

KepezTV Player

Göygöl Zona Baytarlıq Laboratoriyasında brüsellyoz xəstəliyinə qarşı 2014-cü ilin müvafiq dövrü ərzində 11-minə yaxın iri, 4 mindən artıq xırda buynuzlu heyvanlardan qan nümunələri alınıb. Bundan əlavə bölgədə quş qripi xəstəliyinin monitorinqi məqsədi ilə laboratoriyanın əhatə etdiyi rayonlardan 416 baş ev quşundan qan nümunələri alınaraq respublika baytarlıq laboratoriyasına göndərilib. Artıq monitorinqlərin nəticələri də məlumdur. Belə ki, alınan qan nümunələrində təhlükəli hesab olunacaq, insan sağlamlığı üçün ciddi təhlükə yaradacaq heç bir infeksiya aşkar edilməyib.

Aydın Hüseynov- Göygöl Zona Baytarlıq Laboratoriyasının direktoru: “Baytar həkimləri gedir vətəndaşların təsərrüfatlarındakı heyvanlardan qan nümunələri alırlar. Artıq belə desək vətəndaşlar da maariflənib və çox gözəl anlayırlar ki, qan nümunələrin götürülməsi nə deməkdir. Yəni sağlam məhsulun olmasında onlar da maraqlıdırlar”.