• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2977
— 31.10.2014 14:16

Ölkədə avtomobil idxalı azalıb

Dövlət Gömrük Komitəsinin sədri ölkədə idxaldan asılılığın azaldığına diqqət çəkib. Ötən ilə nisbətən xüsusilə maşınların idxalında xeyli azalma müşahidə olunub, bu da avro-4-ün tətbiqi ilə bağlıdır. 

Aydın Əliyev- Dövlət Gömrük Komitəsinin sədri: “İdxal olunan maşınların böyük bir hissəsi Gürcüstandan gətirilirdi və köhnə maşınlar idi. Artıq ölkə başçısının tapşırığına əsasən ekologiyanın qorunması məsələləri nəzərə alınaraq avro-4 standartlarına  cavab verən maşınlar idxal edilir və bununla bağlı maşınların idxalı aşağı düşüb”.