• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2796
— 30.10.2014 16:09

Gəncədə həmyerlisini güllələyən şəxs tutulub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də ov tüfəngindən atəş açaraq Sənan Qurbanovu yaralayıb hadisə yerini tərk edən Qalib Cəfərov tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb. Qeyd edək ki, hər iki şəxs məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar aparılır.