• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2261
— 30.10.2014 10:52

Qərb bölgəsində məktəblilərin icbari tibbi müayinədən keçirilməsi davam edir

Ağstafa və Gəncə məktəblərində aparılan dispanzerizasiya zamanı şagirdlər arasında hər hansı bir ciddi xəstəlik aşkar edilməyib.

Gəncənin 43 nömrəli tam ora məktəbində keçirilən tibbi aksiyada 4 və daha yuxarı sinif şagirdləri iştirak edib. Mütəmadi təşkil olunan dispanzerizasiyada pediatr, oftolmoloq, lor, stomatoloq və nevropotoloq həkimlər şagirdləri müayinə edib. Ümumilikdə 540 nəfər şagirdin təhsil aldığı məktəbdə 300 şagird icbari tibbi müayinədən keçib.  

Gülxar Əsgərova- Gəncə şəhər 1 nömrəli uşaq poliklinikasının baş həkimi: “Hər hansı bir uşaqda xəstəlik aşkar edilərsə, onlar dispanser müşahidəsinə götürüləcək. Həmin uşaqlar poliklinikada yenidən müayinədən keçdikdən sonra onlara xəstəliklərinə uyğun olaraq müalicələr təyin olunacaq”.

Ağstafa rayonunda isə aksiyanın yüksək səviyyədə başa çatması üçün Rayon Mərkəzi Xəstəxanasının uşaq poliklinikasının həkim heyətindən ibarət səyyar qrup yaradılıb. Bu günə qədər müayinəsi keçirilən məktəblilər arasında ciddi problemlər üzə çıxmayıb. Şagirdlər arasında hər hansı bir xəstəlik aşkar edilərsə, onlar dispanser qeydiyyatına götürülərək rayon mərkəzi xəstəxanasında müalicə olunacaqlar. Xəstəliyi daha ağır olan uşaqlar isə müalicə edilmək üçün Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə göndəriləcəklər. Tibbi müayinə tədbirləri cari ilin sonunadək rayonun bütün məktəblərində həyata keçiriləcək.

Zülfiyyə Telmanqızı, Elton Cabbarlı, Rahim İbrahimoğlu