• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 29.10.2014 18:07

ADAU-da 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib

ADAU-nun Aqrar İqtisadiyyat fakültəsində 9 noyabr - Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib. Fakültə dekanı, müəllim və tələbələrin iştirak etdiyi tədbirdə Dövlət Bayrağı gününə həsr olunan videoçaxr nümayiş olunub. Daha sonra tələbə və müəllimlər çıxış edərək Dövlət Bayrağı gününün tarixi əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də Gəncədə məhz ADAU-nun baş binasında verilib. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, daha dəqiq 9 noyab tarixində bayraq haqqında ikinci qərar qəbul edilib. Bundan sonra “mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq” milli bayraq hesab edilib. Tədbirdə o da vurğulanıb ki, dövlət rəmzlərinə hörmət hər bir vətəndaşın borcudur və bu anlayış uşaqlara məktəb vaxtlarından aşılanmalıdır.