• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2294
— 29.10.2014 16:11

ADAU-nun 9 tələbəsi Türkiyədə istehsalat təcrübəsi keçməyə göndərilib

ADAU-nun beynəlxalq əlaqələri günü-gündən genişlənir. Bunun nəticəsi olaraq universitetin bir neçə tələbəsi təcrübə keçmək üçün Türkiyənin müvafiq universitetlərinə göndərilib.

Əldə olunan razılaşmalara əsasən “baytarlıq” ixtisası üzrə əyani təhsil alan tələbələrin Türkiyənin müvafiq klinikalarına təcrübəyə göndərilməsi prosesinə başlanılıb. Hazırda universitetin 9 tələbəsi qardaş ölkənin Ankara və Səlcuq universitetində təcrübə keçirlər.

Anar Hətəmov- ADAU-nun tədris işləri üzrə prorektoru: "Təcrübənin əsas məqsədi heyvandarlıqda olan xəstəliklərin qarşısının alınması üçün müasir metod və mübarizə üsullarının öyrənilməsi və müasir tələblərə cavab verən baytarların hazırlanaraq ölkənin kənd təsərrüfatında işlə təmin edilməsidir".

"Mühəndislik" ixtisası üzrə təhsil alan tələbələrin Belçikada uzunmüddətli təcrübəyə göndərilməsi nəzərdə tutulub. Bu cür əlaqələrin Belarus Aqrar Texniki Universiteti ilə də qurulması planlaşdırılır.

Anar Hətəmov- ADAU-nun tədris işləri üzrə prorektoru: "ADAU-da tələbələrin praktiki vərdişlərinin artırılması, təcrübə xarakterli dərslərin çoxaldılması məqsədi ilə universitetin nəznində quşçuluq və balıqçılıq təsərrüfatları da yaradılıb. Artıq bir qrup tələbə orada təcrübə keçir".

İstehsalat təcrübələrinin yeni məzmunda təşkil edilməsi, tələbələrin müasir texnologiyalara əsaslanan müəssisələrə göndərilərək  praktiki vərdişlərinin artırılması, onların müasir tələləblərə cavab verən kadr kimi yetişmələrinə xidmət edir.

Gülnar Fazilqızı