• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3091
— 28.10.2014 19:08

7 il axtarışda olan azərbaycanlı qadın tutulub

Xatırladaq ki, İnterpolun qırmızı xətti üzrə axtarışında olan 48 yaşlı Şəmkirli qadın insan alverində şübhəli bilinir.

Cinayətkar qruplaşmaya rəhbərlik edən qadın 7 il axtarışdan sonra ələ keçib. İnsan alveri ilə məşğul olmaqda ittihan edilən Şəmkir rayon sakini, Almaz Həsənova Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində saxlanılıb və daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilib. İnsan Alverinə qarşı Mübarizə İdarəsinin məlumatına əsasən, Almaz Həsənova BƏƏ-də cinayətkar qrupa başçılıq edib. O, təkcə qadınları fahişəliyə cəlb etmə fəaliyyəti ilə məşğul olmayıb. Həsənova tabeliyindəki fahişələri ərəb müştərilərindən oğurluq etməyə də məcbur edirmiş. Bildirirlir ki, 48 yaşlı Almaz Həsənova azərbaycanlı qadınları aldadaraq BƏƏ-ə aparıb, sonra onları cinsi istismara məruz qoyub. Daha sonra isə o, qurbanlarını digər qadınları bu işə cəlb etməyə məcbur edib. Hazırda yaxalanan qadına açılmış cinayət işində 3 qurbanın adı hallanır. Həmçinin mütəşəkkil cinayətkar qrupun daha 2 üzvü Almaz Həsənova ilə əlbir olduğuna görə saxlanılaraq məsuliyyətə cəlb edilib. Saxlanılan şəxsin məhkəməsi yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, qrupun digər üzvləri BƏƏ-nin hüquq mühafizə orqanları tərəfindən axtarılır və yaxın zamanlarda onlar da cinayət məsuliyyətinə cəlb ediləcəklər. Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.