• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2905
— 28.10.2014 18:45

Balakən sakini bıçaqlanıb

Ötən gün Balakən rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Tülü kənd sakini, 38 yaşlı Akif Bayramov qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. Akif Bayramovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, məlum hadisə ilə əlaqədər cinayət işi qaldırılıb, zərərçəkənin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırılır.