• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 27.10.2014 17:55

Azərbaycanda vəzifəli şəxsin dələduzluq əməli ifşa edilib

“Standart Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin qiymətli kağızlar üzrə baş mütəxəssisi Məzahim Məmmədovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünü xarici ölkələrdə geniş fəaliyyət göstərən “Minvest” şirkətinin sahibi, Avropa və Amerikada qiymətli kağız birjaları ilə yaxın əlaqəsi olan mütəxəssis kimi təqdim edərək Bakı şəhər sakininə yüksək faizlə gəlir əldə etməyi vəd verməklə 2013-cü ildə aldadıb 60 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.  

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.