• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2837
— 27.10.2014 18:04

Tanınmış meyxanaçı Bayram Kürdəxanlının cinayət işi məhkəməyə göndərilib

Bu barədə  Sabunçu rayon Məhkəməsindən məlumat verilib. Məhkəmədən bildirib ki, oktyabrın 30-da Bayram Kürdəxanlının cinayət işi bağlı məhkəmə hazırlıq iclası keçirəcək. Qeyd edək ki, meyxanaçı iyulun 12-də Sabunçu rayonu ərazisində saxlanılıb. Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Bayram Kürdəxanlının üzərindən narkotik maddə aşkarlanıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə iş başlanılıb.