• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2921
— 27.10.2014 18:12

Bakıda soyğunçuluq edən 2 nəfər saxlanılıb

Paytaxt polisi oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb. Araşdırma zamanı məlum olub ki, cinayətin biri vətəndaşa, digəri isə tikinti şirkətinə qarşı edilib.

19 yaşlı Ucar rayon sakini Vüsal Bağılı bir neçə gün əvvəl fəhlə işlədiyi tikintidən işdən çıxarılıb. O, yeni iş tapmaq əvəzinə daha asan yolu seçərək soyğunçuluq  etməyə qərar verib.  O, oktyabrın 25-də Xırdalan şəhərində Sona Dadaşovanın çantasını əlindən zorla alaraq qaçıb. Çantadan isə cəmi 3 manat pul əldə edib. Vüsal Bağılının saxlanılaraq istinaqa cəlb olunması uzun çəkməyib. O, hadisənin səhəri günü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Abşeron polisinin daha bir əməliyyatı nəticəsində işlədiyi tikinti şirkətinə məxsus elektrik cihazlarını oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini 33 yaşlı Anar Mustafayev saxlanılıb. Anar Mustafayevin oğurladıqlarını dəyər-dəyməzə satıb pul qazanmaq istəməsi ümidləri boşa çıxıb.

20 manat “qazancı” müqabilində Anar Mustafayev indi ömrünün bir neçə  ilini həbsxanada keçirməli olacaq.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.