• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 22.10.2014 12:52

“Gəncə 2016 AGP” olaraq Avropa Gənclər Forumuna 43 layihədən ibarət konsepsiya təqdim edib

14-16 oktyabr 2014-cü il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Konqresinin Yerli və Regional hakimiyyətləri Şurasının təşkilatçılığı ilə plenar iclası keçirilib. Avropa Gənclər Forumu və Avropa Gənclər Paytaxtlarının iştirakı ilə keçirilən Konqresin 27-ci sessiyasında 2016-cı ilin Avropa Gənclər Paytaxtı Gəncə şəhəri də yaxından iştirak edib.

Konqresin 27-ci sessiyasında regionlararası əməkdaşlıq, demokratiyanın qurulmasında mətbuatın rolu, əlil insanların sosial həyata inteqrasiyası, onlar üçün bərabər imkanların yaradılması kimi əhəmiyyətli mövzular ətrafında fikir mübadilələri aparılıb. Gəncə iclasda şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Mikayıl Zeynalov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” İB-nin sədri Elmir Vəliyev  və  “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” İB-nin üzvü  Aysun Zeynalovanın simasında təmsil olunub.

Müşfiq Cəfərov- Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: "Qeyd etmək istəyirəm ki, orada Avropa şurasının 47 üzv ölkəsindən nümayəndələr iştirak edirdi. Təxminən 500-ə yaxın iştirakçı var idi. Həm gənclər, həm ümumi nümayəndələr. Orada bir ziyafət də təşkil olundu ki, bu ziyafətin təşkilini də bizim şəhər öz üzərinə götürdü. Orada Gəncə haqqında, burada görülən işlər barədə məlumat verdik".

Nümayəndələr bu müddət ərzində Gəncə şəhərinin 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilməsi münasibəti ilə Avropa Şurasının əsas binasında digər Avropa Gənclər Paytaxtları və Avropa Gənclər Forumu ilə birgə sərgidə də iştirak ediblər.

Müşfiq Cəfərov- Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: "Biz o sərgidə müxtəlif təbliğat materiallarımızla, öz bukletlərimizlə, rəngarəng materiallarımızla orada təmsil olunduq. Oradakı qonaqlar da Avropa Gənclər paytaxtlarına çox maraq göstərirdilər. Ondan başqa bizim üçün çox böyük imkan yarandı ki, biz orada gələcək əməkdaşlıqlar üçün müxtəlif əlaqələr quraq və Avropa Şurasının təşkil edəcəyi növbəti tədbirlərdə də iştirak edək".

 “Gəncə 2016 AGP” olaraq Avropa Gənclər Forumuna 43 layihədən ibarət konsepsiya təqdim edib. Bu layihələrdən 25-i beynəlxalq, 18-i isə yerli xarakter daşıyır və onların həyata keçirilməsi prioritet məsələ olaraq gündəmdə saxlanılır.

Gülnar Fazilqızı