• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 22.10.2014 10:36

Tovuzda 3 yeni, müasir standartlara cavab verən uşaq bağçaları inşa olunur

Hər biri 100 yerlik olan bu binalarda körpələrin istirahəti və təhsillərinin ilkin mərhələsi üçün hər cür şərait yaradılacaq. Bir neçə gündür əhalinin istifadəsinə verilən “Sement zavodu” qəsəbəsindəki yeni binaların yaxınlığında inşa olunan uşaq bağçası 2 mərtəbəli olmaqla 1400 kvm sahəni əhatə edir. Tikintisinə yenicə başlanılan bina 2015-ci ilin əvvəllərində uşaqların ixtiyarına veriləcək. Bununla yanaşı daha bir 100 yerlik bağçanın tikintisi Qovlar qəsəbəsində davam etdirilir. Müasir avadanlıqlara təchiz olunan uşaq bağçaları Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərsəyə gəlir.