• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 21.10.2014 20:57

Gəncədə ictimai qaydanı kobud şəkildə pozan sürücülərə qarşı reyd keçirilib

Şəhərin Təbriz küçəsi ilə Atatürk prospektinin kəsişməsində baş tutan reyd zamanı avtomobilin konstruksiyalarına əlavələr edən, yüksək səsgücləndirci siqnal vasitələri quraşdıran, həmçinin sənədsiz və sərxoş sürücülər aşkar olunub. Aparılan reyd zamanı saxta dövlət nömrə nişanlarından istifadə edərək nəqliyyat vasitələrini idarə edən sürücülərə də rast gəlinib. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru Hacı Həsənov bildirib ki, bu kimi reydlərin əsas məqsədi yollarda avtoxuliqanlıq edərək təhlükə yaradanları məsuliyyətə cəlb etmək, eləcə də yüksək avazlı səs siqnallarından günün istənilən vaxtı istifadə edərək sakinlərin narahatlığına səbəb olanları aşkarlamaqdır.

Keçirilən reyd zamanı qanunu pozan 20-ə yaxın nəqliyyat vasitəsinin istismarına qadağa qoyulub. Qeyd edək ki, bu kimi reydlər şəhərin müxtəlif ərazilərində davam etdiriləcək.